SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın memarlıq üslubuna nəzarəti Bakı Şəhər İcra Hakimiyyəti deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Komitənin aparat rəhbəri Anar Quliyev bildirir ki, yeni səlahiyyət onlara həm paytaxtın baş planının qaydalar çərçivəsində icrasına yardım edəcək, həm də sahibkarların tikinti fəaliyyətinin şəffaflaşdırılmasına geniş imkanlar yaradacaq.

Anar Quliyev bildirir ki, sahibkarların işini asanlaşdırmaq üçün əsas məsələ bütün icazə sənədlərinin vahid pəncərə sistemi vasitəsilə bir mərkəzdə təşkil edilməsidir.

Bundan başqa, Bakı bulvarında inşa ediləcək obyektlərə də nəzarəti Komitə həyata keçirəcək. Bunda əsas məqsəd paytaxtın ən görkəmli yerlərindən biri sayılan bulvarın tarixilik və müasirliyinin birgə təcəssümünə nail olmaqdır.

Qeyd edək ki, Bakı bulvarının obyektlər inşa edilməmiş yeni sahəsində tikintilər Komitənin hazırladığı konsepsiya əsasında inşa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS