055 213 76 73
Yeni tədris ilinin başlamasından təxminən 10 gün keçməsinə baxmayaraq paytaxt nəqliyyatında xaos davam edir.
BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, günlərdir Zabrat-Sabunçu yolunda kilometrlərlə yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır".
Bu problem nəqliyyatın digər növü - metrodan da yan keçməyib.
Belə ki, 2 dəqiqəlik interval ilə işləməli olan qatarlar bu səhər də təxminən 4 dəqiqədən bir platformaya daxil olub.
Bu isə səhər saatlarında "Koroğlu" və "Qara Qarayev"dən fərqli olaraq sərnişinlərin nisbətən seyrək olduğu "Neftçilər" stansiyasının platformasında da sıxlığa səbəb olub.