SİZİN REKLAM BURADA!
055 213 76 73



Lökbatan dairəsindən Xocasən qəsəbəsi istiqamətində avtomobil yolunda sürücülər üçün böyük təhlükə var.

BAKU.WS
xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazıblar. Bildirilir ki, yolun ortasında ağ qoşa zolaqlı yolda tən ortada piyadalar üçün quraşdırılan səki var.

Əgər nəzərə alsaq ki, həmin ərazidə işıqlandırma sistemi yoxdur və yol qaranlıqdır, bu zaman sürətlə hərəkət edən minik maşını bu səkiyə çırpılar. Bu zaman sürücü və avtomobildə olan sərnişinlər ölümlə üz-üzə qala bilər.

Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, həmin yolda avtomobillərin rahat hərəkət etməsi üçün dönmə dairəsi yaradılıb. Onun sözlərinə görə, həmin yolda dönmə işarəsi qoyulacaq.

“Bu gün həmin istəqamətdə dönmə xətlərini bildirən işarə çəkiləcək”, - deyə A.Nəcəfli bildirib.

Ziya SƏCCAD
BAKU.WS