Bu il "Son zəng"in keçirilməsi ilə bağlı hər hansı yeniliyin tətbiqi nəzərdə tutulmur.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu il də "Son zəng"in təhsil müəssisələrinin ərazilərində keçirilməsi nəzərdə tutulur:

"Son zəng" bir təhsil bayramıdır. Təhsil Nazirliyi bütün ümumtəhsil müəssisələrinə tövsiyə edir ki, bu bayram bütün təhsil müəssisələrinin öz ərazisində keçirilsin. Düşünürük ki, hər il olduğu kimi, bu il də "Son zəng" yüksək səviyyədə təşkil olunacaq".

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ