SİZİN REKLAM BURADA!
055 213 76 73



Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib ki, bununla əlaqədar Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq (28 may tarixində gün ərzində).

Şahin
BAKU.WS