SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Sumqayıtda baş verən hadisə hər kəsi qorxuya saldı. 45-55 yaşlı bir kişinin təhlükəsizlik kamerasının önündən keçməyi, Sumqayıtda bir müəllim tərəfindən səhv anlaşılıb. Müəllim tələbələrin təhlükəsizliyini düşünərək “Whatsapp”-da öz müəllim yoldaşlarına və tələbələrin valideynlərinə səs ataraq ehtiyyatlı olmağa dəvət edib.

Sonradan bəlli olub ki, həmən videodakı kişi heç bir təhlükə daşımayıb. Müəllim, tələbələrini qorumaq məqsədi ilə təşvişə düşərək belə hərəkət edib.

BAKU.WS bununla əlaqədar olaraq Sumqayıt şəhər Təhsil İdarəsinin müdürü Nizami Namazovla əlaqə saxlayıb.

Bunların hamsı boş şeydi. Sadəcə müəllimin səhlənkarlığından irəli gəlir. Bir az təşvişə düşüb belə hərəkət edib. Orda heç nə baş verməyib ki, ölüm deyil bir şey deyil. Müəllim guya canıyananlıq edib götürüb 5-6 müəllim yoldaşına, 5-6 valideynə atıb o səsi, bunları Sumqayıt şəhər Təhsil
İdarəsinin müdürü Nizami Namazov deyib.

O açıqlamasına davam edərək bildirib ki:

“Mən öz növbəmdə o müəllimi də qınadım, direktoru da qınadım. Direktoru cəzalandıracağam. Müəllimi cəzalandırmaq isə direktorun vəzifə borcudur. Mən direktorun özünü cəzalandıracağam, çünki məsuliyyət direktorun üstsndədi , o nəzarətsizlik edib. Yəqin ki, cəza deyəndə onu döyüb, vurub öldürəsi deyilik ki, xəbərdarlıq edib töhmət verəcəyik. Yenə deyirem böyüdüləsi bir hal baş verməyib”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS