SİZİN REKLAM BURADA!
055 213 76 73



Hal hazırda vətəndaşların qlobal problemlərindən biri də, içməli su problemidir. Evlərimizə gələn suların marketlərdə olan sulardan fərqi var? Evdəki sulara aylıq ödəniş etsək də, içmək üçün gedib marketlərdən qablaşdırılmış su alırıq. Bəs aldığımız o suların tərkibi, evə gələn sulardan fərqlidir?

Bu suala aydınlıq gətirmək üçün BAKU.WS saytının əməkdaşı  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan açıqlama alıb.

“Əgər bu H2O tərkiblidirsə niyə bu qədər bahadır?” bu fikri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

O, açıqlaması zamanı bildirib ki:

“Su məsələsi ölkədə həll olunmamış ciddi bir problemdir. Su yeganə şeydir ki, 1 litrinin qiyməti 0.30 azn-dən 8 azn-ə kimi dəyişir. Əgər bu H2O tərkiblidirsə niyə bu qədər bahadır? Tərkibində nə var ki qiyməti bu qədər olub? Əgər düşünsələr ki qabın materialına görədirsə, qabın şüşə vəya plastik olmağı qiymətə çox az təsir edir. Bütün bunlar onu göstərir ki, bu sahədə ciddi problemlər var. Bu problemlərdən istifadə edən su filtri firmaları gece saat 1-2 radələrdində belə camaatın qapısın döyüb, guya suyun təhlükəli olduğun subut edib onlara su filtri satırlar.

Su ilahi bir maddədir. Rəngi, dadı, iyi yoxdur. Bütün maddələr soyuqdan kiçilir, amma su genişlənir. Bu ilahi maddənin, canlı varlığın ətrafında nə qədər araştırma aparsanda tam dərk etmək olmur. Suyun normal tərkibin araşdırmaq üçün gərək 300 parametrin araştırasan ki, bu da hələki alınan iş deyil.
Bir ailədə ola bilər ki, krant suyu kiməsə xeyri olsun, kiməsə ziyanı olsun. Bu suyun tərkibindəki mineralların və insanların bədənindəki çatışmayan mineralların qarşılaşması nəticəsində baş verir. Hansı orqanizmə hansı suyun lazım olduğunu hələ elmdə tapa bilməyib. Ona görə də, istehlakçı aldığı suyun krantdan doldurulduğunu, yoxsa təbii yolla gətirildiyini müəyyən edə bilmir.
Yalnız suyu qaynatdıqda yaranan ərp nəticəsində bilmək olur suyun tərkibi. Amma o ərpin özünün də xeyri var. Bu məsələ ölkədə açıq qalmış bir məsələdir.

Suyun normal ekspertizisiyası aparılmadığı üçün əhalinin hüquqları pozulur. Əhali tərəfindən mənə gələn zənglərdə əhali bildirir ki, bəs filan mənbədən gələn su o qədər təziqli ola bilməz. Əhalinin suya qarşı həmişə şüphələri var.
Çox təəssüflər olsun ki, Azərsu həmişə susur. Guya suyu təmizlədiklərini deyirlər. Amma keçən həftə şəhərin mərkəzindən mənə zəng gəldi və suyun çox çirkli olduğundan şikayət etdilər.

2016-cı ildə məni 3-ə yaxın su firması məhkəməyə verib. Çox sadə təcrübə nəticəsində su tərkiblərini araştırmışdım. Buna görə çox böyük hücumlara məruz qaldım.
Adların deməyəcəm, amma bizim ofisdə ağzı açılmamış sular var ki içində milçək uçur, birinin içində göbələklər var. Firmaların bəziləri anti-sanitariyaya diqqət etmirlər.
Sanitariya və qida təhlükəsizliy orqanları bununla bağlı ciddi işlər aparmalıdır”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS