SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Beynəlxalq Avtovağzalında ölkənin digər rayon və şəhərlərinə getmək istəyənlər üçün bilet satışı dayandırılıb.

BAKU.WS-in məlumatına görə, buna səbəb Yeni il bayramı ilə əlaqədar tələbatın həddindən artıq olmasıdır.

Avtovağzalın kassasından BAKU.WS-in əməkdaşına bildirilib ki, sərnişinlər bu gün axşam 21:30-dan sonra rayon və şəhərlərə işləyən avtobuslarla gedə bilərlər.

Belə ki, sərnişinlər üçün bu saatdan sonra xəttə əlavə avtobuslar buraxılacaq.

BAKU.WS