"35 ildir qaz görməmişəm" - Qəbələ sakinlərindən ŞİKAYƏT
Qəbələ rayonunun Vəndam qəsəbəsinin Girvə yaşayış məntəqəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək ərazidə qaz probleminin olduğunu bildiriblər.
Sakinlərin sözlərinə görə, yaşayış məntəqəsində uzun illərdir qaz xətti çəkilməyib. Bu səbəbdən onlar qış aylarında evlərini qızdırmaq üçün həyətyanı sahələrindəki meyvə ağaclarını kəsərək odun kimi istifadə edirlər.
"35 ildir burada yaşayıram. Mən qaz görməmişəm. Buraya qaz çəkilməyib. Əkdiyimiz ağac bar verir, amma kökündən kəsib odun edirik", - sakinlərdən biri bildirib.
Digər sakin isə odunun baha başa gəldiyini deyib: "Bir ev üçün oduna 1 500-1 600 manat pul lazımdır. Burada yaşamaqdansa, kirayə qalmaq sərfəlidir".
Oxşar xəbərlər
Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu
Sentyabrın 3-ü səhər saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. BAKU...