SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında memorandum imzalanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən Pirallahı Sənaye Parkında 3 hektar ərazidə, infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılacaq.

İnvestisiya dəyəri 17 mln. dollar olan layihə çərçivəsində 350-yə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

BAKU.WS