SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Bravo" supermarketində qəribə hadisə baş verib.

BAKU.WS-in redaksiyasına oxucumuz şəkil göndərib və bildirib ki, supermarketdən aldığı qarpızın üzərinə qiymət düzgün vurulmayıb. Belə ki, qarpızın üzərinə 5,6 kiloqramlıq limonun qiyməti yazılıb.

"Bravo" supermarketinin marketinq şöbəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bu hadisə dünən "Gənclik Mall"un -1-ci mərtəbəsində yerləşən "Bravo" supermarketində baş verib. Supermarket şəbəkəsi artıq müştəri ilə əlaqə saxlanıldığını və məhsulun geri qaytarıldığını əlavə edib.

Nazim
BAKU.WS