SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçiriblər.
 
BAKU.WS