SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın "Yandex” (Yandeks) şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açacaq. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün "Yandex” xidmətlərinin, xüsusilə də "Yandex.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq.
  
Artıq "Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan "UberEATS" də daxil olacaq.

"Yandex" şirkətin nümayəndəliyinin açılması ilə bağlı lisenziya, proqram məsələləri həll olunub. Hazırda naviqasiya sistemi ilə bağlı məsələlər həll olunur.

Nəqliyyat sahəsi üzrə ekspertlər, o cümlədən iqtisadçılar "Yandex.Taksi” xidmətinin Azərbaycanda fəaliyyətə başlamasını bu sahədə rəqabətin artacağına gətirib çıxaracağını bildirirlər. Məlum olduğu kimi ölkəmizdə bir neçə onlayn taksi xidməti fəaliyyət göstərir.

Lakin bizim toxunacağımız məsələ "Yandex Taksi” xidmətinin kimə məxsus olması və kimlər tərəfindən idarə edilməsi ilə bağlıdır. Bu barədə bir az sonra danışacağıq. İndi isə "Yandex”in qısa da olsa tarixinə nəzər salaq.
 
Rusiyanın ən çox istifadə olunan veb axtarış motoru "Yandex” xidməti postsovet ölkələrində geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb.

Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi bu yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olub.
 

Tiqran Xudaverdiyan (sağdan birinci)

 

 

Baş ofisi Moskvada yerləşən "Yandex” 1997-ci ildə İlya Seqaloviç tərəfindən Softool sərgisində təqdim edilib. İlk vaxtlar CompTek International şirkəti çərçivəsində fəaliyyət göstərib. Müstəqil olaraq "Yandex” 2000-ci ildən işə başlayıb

"Yandex” 50-dən çox xidmət göstərir. Bunlardan ən məşhurları sırasında "Yandex. Şəkillər”, "Yandex. Poçt”, "Yandex. Xəritələr”, "Yandex. Hava”, "Yandex. Xəbərlər” və "Yandex Taksi” xidməti gəlir.

Bunların arasında yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacağı üçün "Yandex Taksi” xidməti diqqətimizi çəkdi. İstiPress-in bu istiqamətdə araşdırması maraqlı faktları ortaya çıxardı.

Belə ki, "Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə "Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə "Yandex Taksi”yə rəhbərlik edir.

T.Xudaverdiyan İrəvanda anadan olub. Atası İrəvan dövlət universitetində fizika fənnindən dərs deyib. T.Xudaverdiyan "Sputnik Armenia” saytna (Sputnik Azərbaycan dilində də fəaliyyət göstərir və bu saytın baş redaktoru da ermənidir - Marqarita Simonyan - red.) müsahibələrindən birində qeyd edib ki, o, həmçinin yəhudi qanı daşıyır, nənələrindən biri yəhudi olub.

Onun 15 yaşı olanda ailəsi Rusiyaya köçüb. Buna baxmayaraq Xudaverdiyan ölkəsinə və millətinə çox bağlı adamdır. Bunu sadəcə onun Facebook səhifəsinə baxmaqla da görmək olur. Statuslarının çoxusu İrəvan, Ermənistanın digər bölgələri ilə bağlıdır. O, rəhbərlik etdiyi "Yandex Taksi” xidmətindən gələn vəsiat hesabında Ermənistanda şagirdlər üçün pulsuz məktəblər də açır. Xudaverdiyan bu barədə Facebook səhifəsində də yazıb. 

 

T.Xudaverdiyanın təsisçisi olduğu "Yandex Taksi” xidməti hazırda 6 ölkədə - Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

Bu xidmətin əsas ofislərindən biri məhz İrəvanda yerləşir. Təsəvvür edin ki, Ermənistanda oturan bir şəxs Bakının küçələrini ovucunun içi kimi görəcək. Şirkətə məxsus maşının sərnişini ilə birlikdə hansı küçələrdən, prospektlərdən, bir sözlə hansı məkanlardan keçdiyini açıq-aşkar müşahidə edəcək. Bunun nə qədər təhlükəli olduğunun fərqindəsinizmi? Müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə bir erməninin əlinin altında olan texnologiyadan istifadə edərək Bakıda asanlıqla təxribat törətməyəcəyinə kim zəmanət verə bilər?

Və ya kim deyə bilər ki, Tiqran Xudaverdiyan Bakıdan əldə etdiyi gəlirləri sonra Azərbayana qarşı istifadə etməyəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov İstiPress-ə bildirdi ki, Azərbaycanda hər hansı yeni beynəlxalq taksi xidmətinin fəaliyyətə başlaması müsbət haldır, çünki beynəlxalq şirkət ölkədə bu sahədə rəqabəti gücləndirəcək, keyfiyyəti yaxşılaşdıracaq. Çünki rəqabət olan yerdə inkişaf da olur.

"Lakin "Yandex Taksi" şirkətin baş direktorunun erməni olması, əsas ofislərdən birinin Ermənistanda yerləşməsi bizi bir qədər diqqətli olmağa vadar edir. Bəlkə "Yandex Taksi” xidməti Azərbaycandan əldə etdiyi gəlirləri sonra bizə qarşı işlədəcək. Hesab edirəm ki, müvafiq qurumlar bu məsələ ilə bağlı araşdırmalar aparmalı, ciddi məşğul olmalıdır”, - deyə ekspert bildirdi.
 
Saməddin Mehralıyev
BAKU.WS