SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Yandex” Azərbaycan bazarına çıxacağı müddəti açıqladı. 

"Rusiyanın Yandex şirkətinn "Yandeks Taksi” xidməti fevral ayının 15-dən Bakıda fəaliyyətə başlayacaq. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. "Yandeks” layihəsinin təfərrüatları barəsində fevralın 6-da məlumat veriləcək. Bu münasibətlə "Yandeks” şirkətnin nümayəndələri Bakıya gələcəklər. Hazırda "Yandeks Taksi” xidmətinin onlayn bazasına 30-dan çox avtomobil daxildir. Onların sayı hər gün artırılacaq. Yaxın günlərdə avtomobillərin üzərinə bərkidiləcək stikerlər ölkəyə gətiriləcək.”,- deyə mənbə bildirib. "Yandeks” taksi xidməti onlayın taksu sifarişi üçün nəzərdə tutulub. Servis onlayn qaydada sifarişçinin yerini müəyyən edir və ona ən yaxın nöqtədəki servisdən taksi göndərir.

Qeyd edək ki, "Yandeks. Taksi” şirkətinin baş direktoru erməni əsilli Tiqran Xudaverdyandır.  Xəbər dərc olunandan sonra naməlum bir şəxs redaksiyamıza zəng edərək, bu yazını çıxarmağı israrla tələb etdi. Onun kim olduğunu,  Xudaverdiyanın rəhbərlik etdiyi "Yandeks Taksi” şirkəti ilə əlaqəsini soruşduqda nə özü, nə tutduğu vəzifə haqda məlumat vermədi. "Fəhləyəm” dedi. Və iddia etdi ki, "Yandeks”in qurucusu və baş direktoru Arkadi Voloj adlı rusdur. Biz ona Xudaverdiyanın "Yandeks.Taksi” şirkətinin baş direktoru olduğunu təsdiq edən müsahibələrin və başqa materialların linklərini göndərdik, ancaq yenə də iddiasından əl çəkmədi. Gah dedi ki, Xudaverdyan "Yandeks.Taksi”nin Ermənistan proyektinin rəhbəridir, gah dedi, "nə dəxli var, şirkətin rəhbəri ərəb də ola bilər” (?!-red), gah da: "Siz niyə yazırsınız, bu qədər adam sizin yazınıza görə işsiz qalmalıdır?” deyə bizi borclu çıxarmaq istədi. Son cümlədən də göründü ki, artıq erməninin rəhbərlik etdiyi şirkət Azərbaycanda öz xidmətinə xeyli işçi toplayıb ( yəni  Azərbaycan vətəndaşı olan "bu qədər adam” erməninin tabeliyində işləməyi qəbul edib.
Arkadi Voloj məsələsinə gəlincə, o, həqiqətən də "Yandeks”in qurucusu və baş direktoru olub. "Yandeks. Taksi” şirkəti də bu qurumun tərkibində yaranıb, sonradan ayrılaraq ayrıca şirkət olub ki, başında da Tiqran Xudaverdyan durur. Bu məlumatlar da Tiqran Xudaverdyanın müxtəlif saytlara verdiyi müsahibələrdəndir. 

Bir sözlə, erməni Bakıda taksi şirkəti açır və adını da "Yandeks. Limon Taksi” qoyub. Azərbaycanlılar arasından sürücüləri, menecerləri işə qəbul edib. Ermənistan tərəfindən öz torpağımızda qətlə yetirilmiş şəhidimiz Çingiz Qurbanovun müsibətini yaşadığımız bu günlərdə erməni əsilli biznesmen Tiqran Xudaverdyan Bakıda pul qazanmağa başlayır və azərbaycanlı sürücülərin, menecerlərin bəziləri də onun rəhbərliyi altında işləməyi qəbul edir. Çox acınacaqlıdır. Bakının strateji obyektləri də daxil olmaqla bütün məlumatlarını göstərən xəritəsi erməni iş adamının əlində olacaq ( və ya artıq var). Və erməni rəhbərdən maaş alan sürücülər bizə taksi xidməti göstərəcək(?!-red). 

Bununla bağlı rəsmi qurumlar da susur. Yalnız Vergilər Nazirliyindən bizimyol.info portalına şifahi olaraq bildiriblər ki, belə bir şirkət rəsmən qeydiyyatdan keçməyib. Bu sual cavabsızdır:  rəsmi qeydiyyatda olmayan bu şirkət necə ofis açıb və necə işçi toplayır? Erməni əsilli biznesmenin Bakıda belə bir mühüm xidməti ələ keçirməsinə Dövlət Təhlükəsizlik Xidmətinin diqqət göstərməsinə və müvafiq araşdırma aparılmasına ehtiyaca var.  
 
BAKU.WS