Azercell mobil operatorunun rouminq xidmətlərindəki internet paketinin qiyməti həddindən artıq bahadır.

BAKU.WS xəbər verir ki, Azercell-in internet paketindəki qiyməti rəqib operator Bakcell-ə müqayisə etsək ortaya ciddi fərqlər çıxır. Belə ki, Bakcell-də rouminq xidmətindəki internet paketin qiyməti 1mb-0.01 AZN, yəni 1000 mb-10 AZN olduğu halda, Azercell-də 1mb-0.55 AZN, yəni 1000 mb-550 AZN təşkil edir. 

Azercell-in rəsmi səhifəsində hələ bu xidmətə endirim edildiyi də vurğulanır. Məlumatda bildirlir ki, Türkiyəyə səyahət edən zaman Azercell fakturalı xətt abunəçiləri 1 MB üçün cəmi 0.55 AZN ödəyərək endirimli İnternetdən istifadə edə biləcəklər.
 
Aysel Abdullayeva 
BAKU.WS