SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qüdrət Həsənquliyevin fəhlə ilə (fermada malın altını yığışdıran) deputatın müqayisə etməsinə Milli Məclis sədrinin müavini Bahar Muradova etiraz edib.
 
BAKU.WS xəbər verir ki, Bahar Muradova bunu uğursuz müqayisə adlandırıb. Belə ki, Qürdət Həsənquliyev əmək məcəlləsini araşdıraraq bir fermerin fəhləni işdən hansı hallarda çıxara biləcəyini maraqlandığını və bunu deputatlarla müqayisə etdiyi söyləyib. Deputatın bu fikirləri Bahar Muradovanın xoşuna gəlməyib.
 
Qüdrət Həsənquliyev isə xanım deputata cavabında hər iki şəxsin Azərbaycan vətəndaşı və ən əsası bir insan olduğunu əlavə edib.
 
"Xahiş edirəm müdaxilə etməyin. Nə fərqi var ki, o, da insandır Azərbaycan vətəndaşıdır".
 
Nazim Məmmədov
BAKU.WS