SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılacaq. Bunun üçün qanun layihəsi hazırlanıb və müvafiq qurumlarla müzakirə edilib.
 
BAKU.WS-in "Xezerxeber"ə istinadən verdiyi xəbərə görə, yeni qəbiristanlıqda bütün qəbirlər eyni formada olacaq və bütün yerlər üçün standart qiymət tətbiq ediləcək. 

Ölkənin bütün şəhər və kəndlərində yaradılması nəzərdə tutulan belə qəbiristanlıqlar üçün yeni qanun layihəsi də hazırlanıb və əlaqədar instansiyalarda müzakirə edilib. Yeni qəbiristanlıqlarda qiymət də ucuz olacaq və bütün yerlər üçün eyni tarif tətbiq ediləcək. Artıq kənd yerlərində belə qəbiristanlıqlara hansı qurumun nəzarət edəcəyi də bəllidir.

Yeni qanun layihəsinin yaxın aylarda müzakirə ediləcəyi gözlənilir. Bundan sonra nümunəvi qəbiristanlıqların dəqiq yerləri müəyyənləşdiriləcək.
 
BAKU.WS