SİZİN REKLAM BURADA!
055 213 76 73



May ayının 12-dən 22-dək paytaxt Bakı şəhəri növbəti mötəbər idman yarışları, İslam oyunlarına ev sahibliyi edəcək. Hazırda Bakı şəhərində yarışların keçirilməsi üçün ciddi hazırlıq işləri görülür. Belə ki yarış zamanı idmançıları daşıyan minik vasitələrinin maneəsiz hərəkət etmələri üçün, paytaxt yollarına sarı zolaqlar çəkilib.
 
BAKU.WS xəbər verir ki, hazırda sürücülərin bu zolaqlarla hərəkət etmələrinə qadağa qoyulmasa da yarışların başlanmasına bir neşə gün qalmış bu qadağalar haqda ictimaiyyətə elan olunacaq. Lakin sürücülər yollara çəkilən sarı zolaqlarla bağlı yaranan bir sıra suallara cavab axtarırlar. Belə ki, bir tərəfli yolda sarı zolağın çəkilməsi sürücülərə oyunlar zamanı bu yoldan necə istifadə edəcəkləri haqda bir suallar yaradıb.

Topxəbər.az mövzu ilə bağlı Polis bölməsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışdı. Vaqif m. birtərəfli yola sarı zolaq çəkildiyi təqdirdə qadağa qüvvəyə mindikdən sonra sürücülərin ümumiyyətlə həmin istiqamətdə hərəkətinin məhdudlaşdırılacağını bildirdi. "Hələ ki, qadağalar qüvvədə deyil. Bu zolaqlarla sürücülər sərbəst hərəkət edə bilərlər. Amma İslam Oyunlarına 1-2 gün qalmış qadağalar tətbiq ediləcək və o zaman sürücülərə hər bu zolaqlarla bağlı hər bir nüans ətraflı izah olunacaq. Güman edirəm ki, ondan sonra bu cür qaranlıq məqamlar qalmayacaq. Hal-hazırda isə bu cür xırda məqamlar sürücüləri narahat etməsin. Çünki biz indiyə kimi bir çox mötəbər dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişik. Öz vəzifəmizin öhdəsindən də kifayət qədər alnı açıq çıxmışıq. Sürücülər və Bakı sakinləri arxayın olsunlar ki, bu tədbiri də yüksək səviyyədə həyata keçirəcəyik. Bunun üçün isə şəhərimizin sakinləri, qonaqları, o cümlədən də regionlarda yaşayan vətəndaşlar bizə kömək edib qaydalara riayət etmlidirlər. Belə olsa biz də öz işimizin öhdəsindən uğurla gələrik”.
 
BAKU.WS