25 min abonentin suyu kəsiləcək
28
apr
2026
10:12
Sumqayıt şəhəində 25 min abonentin su təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.
Qeyd olunub ki, şəhərdə magistral su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb. Görülən işlərlə əlaqədar bu gün saat 10:30-dan etibarən şəhərin bəzi ərazilərində su təchizatında fasilə yaranacaq.
Məlumata görə, qəza səbəbindən təxminən 25 min abonentin su təminatında müvəqqəti məhdudiyyət olacaq.
Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək.
Oxşar xəbərlər
Bakıda bu yollarda tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...