SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Sürücülər dəmiryol keçidlərində daha diqqətli və səbirli olmalıdır. Çünki dəmiryol keçidləri çox təhlükəli yer sayılır.
 
BAKU.WS-in Avtosfer.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, kameraya düşən 10-MR-070 qeydiyyat nişanlı «Mercedes» markalı avtomobilin sürücüsü fevralın 17-də Heybət-Puta mənzilinin 513 km-də yerləşən qorunan dəmiryol keçidində qırmızı işıq yanan vaxt dəmiryol keçidinə daxil olaraq qaydaları kobud şəkildə pozub. Ondan sonra keçidə yaxınlaşan 99-CN-664 qeydiyyat nişanlı «Mitsubishi» markalı avtomobilin sürücüsü sanki həyatından bezibmiş kimi və özünə qəsd etmək məqsədilə şlaqbaumun aşağı düşməsini görərək keçidə daxil olub təhlükəli hərəkət edib.

«Yol hərəkəti haqqında» qanunun 44-cü maddəsinin III hissəsinin 1-ci bəndində qeyd olunub ki, svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda keçidə girmək qadağandır. Həmçinin 2-ci bənddə qeyd olunub ki, svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq) keçidə girmək qadağandır. Amma videoda gördüyümüz mənzərə onu göstərir ki, bəzi sürücülər ya qaydalara bilmir, ya da canlarından beziblər. Bu cür sürücülər məsuliyyətdən kənar qalmamalıdır. Öz həyatlarını təhlükəyə atan bu sürücülər üçün bizim həyatımız heç maraqlı da deyil.

Arzu Mirzəyeva
BAKU.WS