SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Astara və Cəlilabad rayonlarının bir hissəsinə qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Astara şəhəri istiqamətində diametri 160 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar Astara şəhəri Qum küçəsi, Nizami küçəsi və S.Vurğun küçəsi olmaqla ümumilikdə 2200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər və eləcə də Cəlilabad rayonunun Seyidbazar kəndi istiqamətində olan orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Səttarxan, H.Aslanov, M. Hadi, Əzizbəyov, Vaqif, A.Azərtürk, Qurtuluş küçəsinin bir hissəsi və Hasıllı, Hacıismayıllı, Seyidbazar kəndləri olmaqla ümumilikdə 3 200 abonentin qaz təchizatının sabah saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

BAKU.WS