SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, həmçinin, təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, mart ayının 19- da Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 201A ünvanında “Azpetrol” şirkətinin sayca 104-cü yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində şirkətin Baş direktoru Ceyhun Məmmədov, əməkdaşları və Ağcabədi RİH-in müavini Toğrul Bünyatov iştirak edib. YDM-in istifadəyə verilməsi yeni, 26 iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi, 4 CNG tipli qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
Azpetrol - Daim inkişafa doğru!

BAKU.WS