SİZİN REKLAM BURADA!
055 213 76 73


"Odnoklassniki" sosial şəbəkəsi yeni bölməsini işə salıb.

"Odnoklassniki" (OK) sosial şəbəkəsi hobbi ilə bağlı pulsuz təhsil məzmununun mövcud olacağı “Master klass” bölməsini işə salıb.

Bu barədə sosial şəbəkədən məlumat verilib.

Yeni bölməni "OK"da "maraq" kateqoriyasında tapmaq olar. Xüsusilə yeni bölmə üçün ekspertlər tərəfindən video da çəkilib.

“Master klass” kateqoriyasında bu məzmunda bölmələr görə bilərsiniz: “Yemək bişirmə”, “Moda və gözəllik”, “Əl işi”, “Bağ və tərəvəz bağı”, “Ev heyvanları”, “Balıqçılıq”, “İstirahət və turizm”, “Avtomobil və moto".

BAKU.WS