SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji  Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, bu gündən  başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək.

Xəzər Dəniz  Akvatoriyasında müşahidə olunacaq  şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. 

Dalğanın hündürlüyünün 3,0-4,0 metrə, sonrakı inkişafda 4,0-6,0 metrə çatacağı proqnozlaşdırılır.

BAKU.WS