SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı yolu üzərindəki tunelin tikintisindən görüntülər yayılıb.

BAKU.WS milli.az-a istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə maraq doğurub.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 883 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşıb.

BAKU.WS
VİDEO