SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Hacı Zeynalabdin qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
 
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyi (AYDAA) məlumat yayıb.
 
Bildirilib ki, qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələrini öyrənmək üçün linkə daxil olub məlumat ala bilərsiniz. 
 
- Başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);
 
- Son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).
 
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
 
- Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);
- Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);
 
- Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;
 
- Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).
 
Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.
 
Avtonəqliyyat vasitələrinin növünə və müxtəlif məntəqələrə uyğun ödənişli yoldan istifadəyə görə qiymət cədvəli:
 
BAKU.WS