SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni qadın pilotların hazırlanması istiqamətində iş aparır.

Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Qurumun məlumatına görə hazırda, “Airbus 319/320” hava gəmisi tipi üzrə ikinci pilot vəzifəsində 4 qadın çalışır:
“Yeni pilotların hazırlanması və işə qəbulu üzrə məsələyə müsbət baxılır. Bu istiqamətdə işlər davamlı olaraq görülür”, - deyə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

BAKU.WS