SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskva Dövlət Universitetinin Bakı filialı Baş texnik axtarır.
 
BAKU.WS-in məlumatına görə, iş barədə məlumatlar aşağıdakılardan ibarətdir:
 
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
İstehsalatın texniki hazırlığını təmin etmək və ehtiyac olduğu təqdirdə təmir üçün siyahı tutulmasında iştirak etmək;
İdman zalı və ərazidə köməkçi binalara təhkim olunmuş texniki heyətin işinə nəzarət etmək;
İdman zalının və ərazidə köməkçi binaların təmizliyini, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;
İdman zalına gələn əməkdaşlar və tələbələr üçün cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;
Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək.
İş qrafiki : 6 günlük
 
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
 
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
 
• Ərazi: Xocasən qəsəbəsi
 
Namizədə aid tələblər:
 
• Təhsil : Ali (mühəndis, texnik və ya oxşar sahələr üzrə)
 
• Yaş : 25 – 50
 
Dil biliyi : Azərbaycan və rus dili (vacibdir)
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 15.11.2023-cü il tarixinədək göndərə bilərsiniz.
BAKU.WS