SİZİN REKLAM BURADA!
055 213 76 73


Proqram təminatının inkişaf etdirilməsi və təhlükəsizliyi sahəsindəki komandaların əməliyyatları, son illərdə sürətli bir dəyişiklik və təkmilləşmə dövrünü yaşayır. Bu dəyişikliklər digər təhlükəsizlik müharibəsinin sərhədlərini də dəyişdirir. Kiber hücümlarınəhatə dairəsi genişlənir və proqramçıların kodlarında gizlilik və təhlükəsizlik prinsiplərinə daha çox riayət etmək üçün daha yüksək səviyyədə təhlükəsizlik tədbirləri görmələri tələb olunur.

Bu mübarizədə, "Süni İntellekt" və "Süni İntellektlə Dəstəklənən Analiz xüsusiyyətli" proqram kodlaşması kiber müdafiədə yeni yanaşma təqdim edərək innovativ proqram təminatı yaratmağa kömək edir.

Bu sahədə fəaliyyət göstərən Azər Əlili, ölkənin irəlidə gələn bir nömrəli mütəxəssisi olaraq, təhlükəsizlik mövzularında böyük nailiyyətlərə imza atmağı bacarmışdır. Güclü intellektə sahib olan Azər Əlili İT bazarına yeni bir platforma olan Vuldoser Tətbiq Təhlükəsizlik Platformasını təqdim etmişdir. Günümüzün mürəkkəb informasiya sistemlərində kod təhlükəsizliyi riskini azaltmaq üçün bu məhsulun önəmi danılmazıdr.
Əsas məqsədi kiber təhlükəsizlikdə innovativ yanaşmanın tətbiqi etmək olan Azər Əlili, öz təcrübə və biliklərini təhlükəsizlik sahəsində yeni məhsullar və həllər yaratmağa yönəltmişdir. Bu yeni məhsullar, informasiya texnologiyaları sahəsində onun əvəzolunmaz fəaliyyətini bir daha sübut etmiş olub və ölkənin digər sahələrində də geniş tətbiq edilmişdir.

Azər Əlili, üzun illərdi ki, kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərir və onun fəaliyyəti qlobal çapda tanınıb və alqışlanır. Onun ən son layihəsi olan İT Risk İdarəetmə proqramı, onun inovativ yanaşmasının və təhlükəsizlik sahəsindəki uğurunun bir nümunəsidir. Bu platforma, dünyanın müxtəlif bölgələrindəki təhlükəsizlik liderləri və təcrübəli proqramçılar tərəfindən dəstəklənir və təqdir edilir.

Tərəf müqabilimizə gələcək planları barəsində sual etdik, cavab olaraq Azər Əlili qeyd etdi: “Gələcəkdə daha çox insanın kibertəhlükəsizlik barədə bilik və müdafiə texnologiyalarına sahib olması üçün təlimatlar və proqramlar hazırlamaq istəyirəm. Həmçinin, inkişaf etdirdiyimiz məhsulları daha çox ölkəyə çatdırmaq və texnoloji təhlükələrə qarşı müdafiəni yüksəltmək niyyətindəyik. Bunun üçün başda özüm olmaqla, komandamın daxilində yetişmiş peşəkarlar bir sıra qabaqcıl universitetlər ilə əməkdaşlıq edir, təlimçi kimi təhsil prosesində birbaşa iştirak edir, gənc tələbələrimiz ilə peşəkar təcrübəmizi bölüşürük. Bundan əlavə, özəl sektorda sırf təlim fəaliyyəti ilə məşğul olan şirkətlərlə də qarşılıqlı fəaliyyətimiz var. Hər il bir neçə dəfə komanda daxilində təcrübə proqramları təşkil edilir və məhz bu sayədə yeni peşəkarları cəmiyyətə qazandırmış oluram. Növbəti illər ərzində məqsədim yeni kibertəhlükəsizlik məhsullarını ərsəyə gətirmək və beynəlxalq bazarda tanıtmaqdır. Bu sahədə artıq bir sıra işlər görmüşəm.”

“Ölkəmizdə kibertəhlükəsizlik üzrə peşəkarlarımız məhduddur və vətəndaşlarımızın bu kimi təhlükəsizlik hallarında reaksiyası yetərli səviyyədə deyil. Məhz bu boşluğu doldurmaq, kiberhücumlara qarşı yeni bir davranış sərgiləmək üçün bu istiqamətdə işləyirik. Məhz mənim bu ideyam və aktiv fəaliyyətim sayəsində vətəndaşlar və kommersiya təşkilatları fərdi və məxfi məlumatlarını daha az vaxt və resurs sərf etməklə qoruya bilirlər. Hesab edirəm ki, bu da mənim cəmiyyətə və rəqəmsal mühitimizə qatmış olduğum pozitiv bir dəyərdir.” deyə müsahibimiz qeyd etdi.

BAKU.WS