SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Yol Polisi (DYP) yolları zibilləyən sürücülərə müraciət edib.

DYP-dən bildirilib ki, yolların nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi halı təəssüf ki, hazırda da davam edir.

“Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü qutusunu və yaxud da avtomobilin içərisində yedikləri müxtəlif növ qida qalıqlarını, qablarını şüşədən çölə atırlar. Bu hallar tək sürücülərlə yekunlaşmır, sərnişinlər də məlum qaydaları pozurlar.

Belə olan halda isə Yol hərəkəti haqqında Qanunun tələblərinə əsasən magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir. Unutmayaq ki, hər bir vətəndaş ətraf mühitin qorunmasında, təmizliyə riayət edilməsində mütləq məsuliyyət daşıyır”, - deyə məlumatda qeyd edilib.

BAKU.WS
VİDEO