SİZİN REKLAM BURADA!
055 213 76 73


Tarzən Humay Qədimova sosial şəbəkədə şəhid olan tələbəsinin fotolarını paylaşıb.

BAKU.WS xəbər verir ki, Humay, Zəbiyulla Məmmədovun II Qarabağ müharibəsində şəhid olduğunu vurğulayıb. Tarzən tələbəsinə, o cümlədən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Xatırladaq ki, Zəbiyulla Şahin oğlu Məmmədov 2000-ci ilin aprelin 14-də Bakıda dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

20 yaşlı Zəbiyulla Məmmədov noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Şəhidimiz Maştağa qəsəbəsində dəfn olunub.

Zəbiyulla göstərdiyi şücaətə görə "Vətən uğrunda" medalı (ölümündən sonra), "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb. 

BAKU.WS
QALEREYA