SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Sinan Məhəmməd oğlu Məmmədovun şəhid olduğu gündür.

BAKU.WS xəbər verir ki, Sinan Məmmədov 10 sentyabr 2000-ci ildə Nərimanov rayonunda Məhəmməd Məmmədovun ailəsində anadan olub.

O, 2006-2017-ci illərdə Bakı şəhər 193 nömrəli tam orta məktəbdə təhsil alıb.

Sinan Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdi.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Sinan Məmmədov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdı.

Azərbaycan Ordusunun əsgəri olan Sinan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdi. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu.

Sinan Məmmədov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

BAKU.WS
VİDEO

QALEREYA