SİZİN REKLAM BURADA!
055 213 76 73


Gözündən yaralansa da keyfini pozmayan hərbçimizin görüntüləri gündəm olub. Qarabağda keçirilən lokal antiterror əməliyyatları zamanı hamının rəğbətini qazanan igid övladımız Ceyhun Quliyevdir. 

Baku TV əməkdaşları hərbçimizin ailəsinə baş çəkib onunla bağlı ailə üzvlərini danışdırıb. Hər kəs bir ağızla Ceyhunun necə mərd, cəsur və vətənini sevən övlad olduğunu bildirib. 

Sonda Ceyhun Quliyev telefon əlaqəsi zamanı səhhətinin yaxşı olduğunu və müalicəsinin davam etdiyini söyləyib. 

BAKU.WS
VİDEO