SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.

"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

BAKU.WS