SİZİN REKLAM BURADA!
055 213 76 73


Okytabrın 1-i Heydər Əliyev Sarayında 2000 nəfərlik "ScienceTalks2023" elmi-kütləvi konfransı keçiriləcək.

BAKU.WS xəbər verir ki, konfransda 1-i onlayn olmaqla, ümumilikdə 5 spiker iştirak edəcək.

Spikerlər arasında Barış Özcan, Evrim Ağacından Çağrı Mert Bakırcı, səyahətçi Ruhi Çenet, bioloq Asım Şengör və azərbaycanlı fizik Sadiq Şamilov var.

Konfransın mövzuları isə belədir:

"Lütfizadə və qeyri-səlis məntiq", "Cihazlar bizim əvəzimizə düşünə bilərmi?", "Nauruya elmi ekspedisiya" "Biologiya ilə düşünmək" "Yaşamın fundamental fizika qanunları".

Heydər Əliyev Sarayında baş tutacaq tədbirin biletlərinin qiyməti 49-160 AZN arasında dəyişir. Əldə etmək istəyənlər 055-569-89-33 nömrəsi ilə əlaqə saxlaya bilər. 

Tədbir haqqında ətraflı məlumat üçün "elmazerbaycan" səhifəsi ilə əlaqə saxlayın. 

BAKU.WS