SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Qeyd olunub ki, namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, 30 yaşı keçməməli, fiziki cəhətdən sağlam olmalıdırlar. Müraciət etmək istəyən kişi namizədlər Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmalıdırlar.

BAKU.WS