SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

BAKU.WS