SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsulunu məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə müraciəti əsasında ümumi çəkisi 62,1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

BAKU.WS