SİZİN REKLAM BURADA!
055 213 76 73


Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarının növbədənkənar iclasında qərar verilib.

Məlumata görə, F. Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan "British Bank of the Middle East"də bir sıra rəhbər vəzifələrdə, "PAŞA Bank"da öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin sədri qismində başlayraq, 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

F. Axundov 23 may 1971-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.

1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk azərbaycanlılardan biri olub və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini alıb.

BAKU.WS