SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS-in "Instagram" səhifəsi daha bir izləyici rekordu müəyyənləşdirib.

Yay aylarında digər mətbuat orqanlarının fəaliyyətində yaranan durğunluğa baxmayaraq BAKU.WS fasiləsiz və gecə-gündüz fəaliyyət göstərməklə yeni rekorda imza atıb.

Belə ki, BAKU.WS-in rəsmi "Instagram" səhifəsi 90 gün ərzində inanılmaz izləyici kütləsini əhatə edib. Səhifədəki paylaşımlar yay fəsli ərzində 500 milyon baxış toplayıb. Bu müddət ərzində paylaşılan videolara 8 milyondan çox bəyənmə və 300 minə yaxın şərh gəlib.

Eyni zamanda son 3 ayda 3,6 milyondan çox izləyici də paylaşımları görüb. Bu o deməkdir ki, BAKU.WS-in "Instagram" səhifəsində bir istifadəçi ortalama 140 paylaşımı izləyib.

Nəzərinizə çatıdraq ki, BAKU.WS izləyicilərinin böyük hissəsi – 73,9 faizini Azərbaycandan olan istifadəçilər təşkil edir. Digər sırada Türkiyə 7,3%, Rusiya 5,3% və İran 4,3% qərarlaşıb.

BAKU.WS izləyicilərinin 59,5 faizini kişilər, 40,4 faizini isə xanımlar təşkil edir. Onlar arasında daha çox (34,9%) 25-34 yaş qurupuna daxil olan şəxslərdir. İkinci yerdə (25%) 18-24 yaşlı şəxslər, üçüncü yerdə isə (19,2%) 35-44 yaşlı istifadəçilər qərarlaşıb.

90 gün ərzində səhifəni ziyarət edənlərin sayı 5,6 milyonu ötüb. Bu da onun göstəricisidir ki, İnstagram lentində BAKU.WS paylaşımını görən izləyicilər səhifəyə daxil olaraq digər paylaşımlara da nəzər yetirirlər. 

 BAKU.WS bundan sonra da operativ və dəqiq paylaşımları ilə izləyicilərin xəbərdə etimad yeri olmaqda davam edəcək.  

BAKU.WS