SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan bayrağını təhqir edən üç erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

BAKU.WS