SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı Metropoliteni” QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.

BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, G.Həbiblinin özü ilə əlaqə saxlayıb. G.Həbibli yayılan xəbəri təkzib edərək, telefondan istifadə etməsinin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışmasının onun işdən çıxmağına səbəb olmadığını bildirib:

“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.

O, qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun: “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”, - açıqlaması ilə də razılaşmayıb.
“Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?” - cavabını verib.

Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.

BAKU.WS