SİZİN REKLAM BURADA!
055 213 76 73


44 günlük Vətən Müharibəsi şəhidi Musa Məhəmmədovun ailəsində ikiqat sevinc yaşanır.

BAKU.WS xəbər verir ki, şəhid qəhrəmanımızın bacı və qardaşı dünyaya gəlib.

Oğlan uşağı qəhrəman qardaşının adını daşıyacaq, qıza isə Alisa adı verilib.

Ailə əkiz övladlarının olmasını möcüzə kimi qiymətləndirib. Rübabə Məhəmmədova Baku TV-yə bildirib ki, oğlunun şəhid olmasından sonra həyat onlar üçün sönmüşdü:

“Yeni övladlarımız Allahın bizə möcüzəsidir. Şəhidlərin bizə cənntdən göndərdiyi mələklərdir. Sevindiyimdən çox ağlamışam”.

BAKU.WS
VİDEO