SİZİN REKLAM BURADA!
055 213 76 73


“X” (keçmiş “Twitter”) pul qazanma tələbində əhəmiyyətli dəyişiklik edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, şirkət tərəfindən edilən bu dəyişiklik daha çox insanın pul qazanmasına şərait yaradacaq.

Keçən il İlon Mask tərəfindən satın alınan “X” ötən aylarda gəlir paylaşma sistemini açıqlayıb. Bu çərçivədə şirkətin müəyyən etdiyi şərtlərə cavab verən istifadəçilər sosial media platformasından pul qazana bilərlər.

Ötən günlərdə istifadəçilərə ödəniş etməyə başlayan “X” sosial media xidmətindən qazanan və ya pul qazanmaq istəyən istifadəçiləri yaxından maraqlandıran dəyişiklik edib.

BAKU.WS