SİZİN REKLAM BURADA!
055 213 76 73


12 avqust saat 22:00-dan 13 avqust saat 06:00-dək Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində yolun hərəkət hissəsində yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparılacağından yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (102, 130, 155 №-li) fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

BAKU.WS