SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

BAKU.WS şirkətə istinadən xəbər verir ki, bu, Elnur Məmmədlidir.

O, 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində çalışır, son 7 ildə isə "SOCAR Türkiyə" şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəz edib.

Xatırladaq ki, "Azərikimya"nın strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.

BAKU.WS