SİZİN REKLAM BURADA!
055 213 76 73


“2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də minimum əməkhaqqının 17% artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov qurumun 2023-cü ilin birinci yarısında gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.

Əfqan Cəlilov qeyd edib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib:

“Təkcə birinci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 manata qədər artırılmasına nail olunub”.

Sədr əlavə edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib:

“Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması maliyyə şəffaflığının təmin olunmasında əhəmiyyətlidir”.

BAKU.WS