SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda idarəçilərin seçiminə dair meyarlar aydındır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov III Yüksəliş müsabiqəsinin final mərhələsinin açılışında bildirib.

"Cəmiyyət olaraq liderliyi öyrənmək nöqteyi-nəzərdən şanslıyıq. Çünki bu məsələdə Ulu öndər Heydər Əliyevin birbaşa olaraq öz konteksti var idi. Bu nümunədən çox şey öyrənə bilərik.

Müsabiqə vasitəsilə mövcud və müəyyən qədər idarəçi təcrübəsi olanların ən yaxşılarını toplamağa başlamışıq. İdarəçiliyi peşə kimi qəbul etməliyik və bunun da öz riskləri var. Şəxsi inkişaf və balansın qorunması üçün ciddi çalışmaq lazımdır.

Uğurlu idarəçi olan insanlar peşəkar risklərin nəzarətdə saxlanılmasında və idarə edilməsində doğru qərar qəbul etməlidir", - deyə o, qeyd edib.

BAKU.WS