SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" messenceri istifadəçilər üçün daha bir maraqlı funksiya təqdim edir.

BAKU.WS xəbər verir ki, "Android" proqramında bundan sonra çatları filtrdən keçirmək mümkün olacaq.

Yeniləmədən sonra çat siyahısının yuxarısında üç filtr - oxunmamış mesajlar, şəxsi və iş söhbətləri üçün, olacaq.

Bu, istifadəçilərin vacib söhbətləri tapmasını və onlara daxil olmasını asanlaşdıracaq.

Qeyd olunur ki, yenilənmiş funksiya yaxın gələcəkdə hər kəs üçün əlçatan olacaq.

BAKU.WS