SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb 
 
Bildirilib ki, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.
 
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur.
Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmışdı.
BAKU.WS